ABŞ-ın Ermənistandakı səfirliyi Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin gücləndirilməsi ilə əlaqədar öz vətəndaşlarını Karaunc-David-Bek və Qafan-Çakaten istiqamətlərinə getməməyə çağırıb.
Bu barədə xəbərdarlıq noyabrın 18-də səfirliyin saytında dərc olunub.
“M2 və M17 avtomobil yollarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi ilə bağlı məlumatlar var. Səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin Karaunc-David-Bek kəndlərində M17 avtomobil yolu və Qafan-Çakaten yolu ilə hərəkəti çox zərurət olmadıqca qadağandır".
Səfirlik ABŞ vətəndaşlarına Ermənistan-Azərbaycan sərhəd zonasında təmas xəttinə yaxın ərazilərə getməməyi də tövsiyə edib.