Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçi şəhərində görüşəcəklər.
Məlumatı rəsmi Kreml yayıb.
Bildirilib ki, görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.
Senzor.az xatırladır ki, 4 gün əvvəl İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşməyə razılıq verdikləri barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüş keçirəcəklər.
O da qeyd olunurdu ki, tərəflər bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişellə telefon söhbəti zamanı razılığa gəliblər.
Yeri gəlmişkən, bu xəbər yayılanda bəzi ekspertlər iddia etmişdilər ki, Avropa, Qərb bu önəmli məsələdə Rusiyanı oyundankənar vəziyyətə salmaq istəyirlər. Amma... Görünən odur ki, Kreml bu dəfə də Brüsseli qabaqladı...