ÜST yeni "korona" ştammına ad tapdı -
"OMİCRON"
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus ştammını yunan əlifbasının hərflərinə uyğun olaraq “Omicron” adlandırıb.
 
Bu barədə ÜST-nin təcili iclasının yekun bəyanatında deyilir.
 
Bəyanata əsasən, ÜST Afrikada aşkar edilən koronavirus ştammını "narahatlıq doğuran variantlar" qrupuna daxil edib.

ÜST klassifikasiyasına görə, bu varaint yüksək yoluxuculuq və ya xəstəliyin ağır gedişata malik variantları sırasında yer alır. Ekspertlərin rəyinə əsasən, bu variantın indiyədək məlum olan variantlarla müqayisədə daha yoluxucu və ya aqressiv olub-olmadığı yaxın həftələrdə aparılan araşdırmaların ilkin nəticələrində məlum olacaq.

Xatırladaq ki, koronavirus variantları ÜST tərəfindən iki kateqoriya üzrə təsniflərir. Müşahidə altına alınan variantlara “maraq doğuran variant” (variant of interest) adı verilir. Daha geniş miqyasda yoluxmalara səbəb olan variantlara isə “narahatlıq doğuran variant” (variant of concern) adı verilir. Onlara qarşı mübarizə aparmaq çətin olur, yoluxma nəticəsində xəstəliyin ağır formada və fəsadlarla keçməsi müşahidə edilir. İndiyə kimi ÜST virusun alfa, beta, qamma və delta variantlarını bu kateqoriyaya daxil edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.