COVID-19-un yeni-Nu ştammının yayılması səbəbindən Türkiyədən dünyanın beş ölkəsinə bütün giriş-çıxışlar müvəqqəti dayandırılır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Noyabrın 27-si Türkiyə vaxtı ilə saat 00:00-dan etibarən qüvvəyə minən yeni qərar Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabveyə şamil olunub. Bu ölkələrdən bütün quru, hava, dəniz və dəmir yolu vasitəsilə Türkiyəyə səyahətə icazə verilməyəcək.
Cənubi Afrika Respublikası və Botsvanada yeni növ koronavirusun çoxlu sayda mutasiyaya uğramış “B.1.1.529” adlı yeni variantı aşkar edilib. “Super variant” olaraq xarakterizə edilən növün 32 mutasiyaya sahib olduğu bildirilir. Bundan əlavə, Cənubi Afrikadan Honq-Konqa səfər edən bir nəfərdə yeni variant aşkarlanıb.
Mütəxəssislər tərəfindən COVID-19 peyvəndinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “Omicron” adlandırılan virusun bu növünə qarşı effektivliyi araşdırılır. İlkin araşdırmalara əsasən, “Omicron” daha yüksək yoluxdurma riski daşıyır.