Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.
Yeri gəlmişkən, Belarus Prezidenti Mətbuat Xidmətinin daha əvvəl yaydığı məlumatda deyilirdi ki, İ.Əliyev A.Lukaşenkoya Rusiya və Ermənistan liderləri ilə keçirdiyi 26 noyabr tarixli Soçi görüşünün nəticələri barədə məlumat verib.
Məlumatda həmçinin bildirilirdi ki, Lukaşenko və Əliyev Azərbaycanla KTMT münasibətlərini də müzakirə ediblər.