Sergey Markov: “İlin sonunadək sərhədlərlə bağlı işlək mexanizm yaradılacaq”
“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün nəticələrini son dərəcə müsbət qiymətləndirirəm”.
 
Bunu “Report”a açıqlamasında Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
 
O, ilin sonunadək sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlək mexanizmin yaradılacağına əmin olduğunu bildirib: “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü son dərəcə müsbət şəraitdə keçdi. İlin sonunadək sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin nəqliyyat dəhlizləri üzrə işlək mexanizm yaradılacaq. Tərəflərin razılaşmalara tam riayət etməsi ilə bağlı qərarlar bir daha təsdiqlənib”.
 
Onun sözlərinə görə, bütün məsələlər üzrə Azərbaycan və Rusiya prezidentləri arasında qurulmuş yaxşı əlaqələr irəli hərəkət etməyə təminat verir: “Ölkələr arasında xüsusən də iqtisadi maraqlar mövcuddur. Söhbət gələcəkdə müxtəlif layihələrə təkan olacaq Zəngəzur nəqliyyat dəhlizindən gedir”.
 
Rusiyalı ekspertin fikrincə, Prezident Putin Avropa İttifaqının rəhbərliyi ilə yaxşı əlaqələrə malikdir: “Bu, Avropa İttifaqının qarşıdan gələn görüşdən razılaşmaları pozmaq üçün istifadə etməyəcəyinə ümid yaradır”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.