Erməni generallar yüzlərlə əsgəri öldürüblər - MTX ARAŞDIRMALARA BAŞLADI
Ermənistanda hərbi cinayətlərlə bağlı növbəti qalmaqal yaşanır. Yerli media məşhur bloger Roman Baqdasaryanın yaydığı video əsasında araşdırmalara başlanıldığını yazıb.
 
Qeyd edilir ki, “Qarabağ generalları”nın əleyhinə ciddi ittihamların səsləndiyi kifayət qədər qalmaqallı açıqlama Milli Təhlükəsizlik Xidmətinə göndərilib.
 
Baqdasaryan çıxışında bildirib ki, 44 günlük müharibə zamanı Dağlıq Qarabağ (Keçmiş qondarma rejim-red.) "müdafiə ordusu"nun zabit və generalları qətllər törədiblər. Ordu rəhbərliyi elə əmrlər verib ki, bunun nəticəsində yüzlərlə, hətta minlərlə əsgər həlak olub. O cümlədən, təkcə Suqovuşan istiqamətində, cinayətkar əmrlər nəticəsində 250 hərbçi ölüb. Onların ölümündə isə yüksək rütbəli hərbçilər günahkardır. 
 
“Prokurorluq bəyan edib ki, Baqdasaryan bu videoçıxışında cinayətlə bağlı məlumat verib. Buna əsasən materialın sonrakı müzakirəsi üçün videonun Milli Təhlükəsizlik Xidmətinə təqdim edilməsi qərara alınıb”, - məqalədə yazılıb.
 
Müəllif xatırlatma edib ki, Roman Baqdasaryan Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş razılaşması"nın fəalı və hakimiyyətin qatı tərəfdarıdır. O hətta 2021-ci il seçkiləri zamanı Nikol Paşinyanın qərargahında da görüntülənib.
 
Azvision.az xatırladır ki, bundan öncə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və bir sıra yüksək rütbəli hərbi məmurlar saxlanılmışdılar. Hazırda onların məhkəmə prosesi davam edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.