Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İlham Əliyevlə danışıqlarda - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
 
Senzor.az bildirir ki,  Toivo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Şarl Mişelin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa İttifaqı Şurasının Prezidentinə çatdırmağı xahiş edib.
 
Görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edilib.
 
Söhbət zamanı həmçinin bu ay Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin gündəliyinə dair fikir mübadiləsi aparılıb.
 
Toivo Klaar helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlət başçısına başsağlığı verib. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür edib.
 
**18:16
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
 
Senzor.az bildirir ki, görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.