Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) daha bir uğurlu antiterror əməliyyatı keçirib.
“Anadolu” xəbər verir ki, PKK/KCK terror təşkilatlarının aparıcı şəxslərindən olan Sarina Diljin ləqəbli Pərvin Arslan və digər təhlükəli terrorçu Duran Kalkanın mühafizə işlərini həyata keçirən Mazlum Jir Agiri ləqəbli Əmrah Adıgüzəl yaxalanaraq Türkiyəyə gətirilib.
2012-ci ildə terror təşkilatına qoşularaq İraqın şimalında fəaliyyət göstərməyə başlayan Emrah Adıgüzəl sonrakı iki il ərzində PKK/KCK-nin aparıcı şəxslərindən olan Abbas ləqəbli Duran Kalkanın mühafizəsini təmin edib. Pərvin Arslan isə 2014-ci ildə terror təşkilatına qoşularaq İraqın və Suriyanın şimal bölgələrində hücum, təxribat, sui-qəsd kimi cinayətlərin törədilməsi ilə məşğul olub. Hər iki şəxs terror fəaliyyətlərini davam etdirmək üçün sonradan İran ərazisinə göndəriliblər.
Terrorçuların hansı ölkədə yaxalandıqları barədə hələlik məlumat verilməyib.