“Son məlumata görə, “Omicron” ştammı 38 ölkədə aşkar edilsə də, onunla bağlı ölüm qeydə alınmayıb”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmayer deyib.
Bununla yanaşı, sözçü əlavə edib ki, yeni ştamm barədə daha dəqiq məlumat əldə etmək üçün bir neçə həftə lazımdır. Yalnız ətraflı tədqiqatlarla onun yoluxuculuğu, vaksinlərə və müalicəyə dayanıqlığı barədə məlumat əldə etmək mümkün olacaq.
“Hələlik əldə etdiyimiz yeganə dəqiq məlumat “Omicron” ştammının yüksək dərəcədə yoluxucu olmasıdır”, - deyə Lindmayer vurğulayıb.