Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərdə rəsmi səfərdə olacaq və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Komitəsinin 7-ci iclasında iştirak edəcək.
Senzor.az “Anadolu”ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb.
Səfər Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Taninin dəvəti ilə baş tutacaq.
Komitənin iclası Dohada əl-Taninin sədrliyi və səlahiyyətli qurumların rəhbərlərinin iştirakı ilə keçiriləcək. Tərəflər ikitərəfli münasibətləri, həmçinin əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mümkün addımları müzakirə edəcəklər.
Liderlər ikitərəfli gündəlikdəki məsələlərlə yanaşı, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
Komitənin iclasının əlaqələrin inkişafına töhfə verəcəyi gözlənilir.
Görüşün yekunları üzrə bir sıra sazişlər və memorandumlar imzalanacaq.
Senzor.az