"Azərbaycan, Türkmənistan və İran arasında qaz tədarükü üzrə imzalanmış müqavilə İranı regional tranzit mərkəzinə çevirə bilər".
Bunu İran Prezidenti İbrahim Rəisi yerli KİV-lərə açıqlamasında deyib.
Rəisinin sözlərinə görə, İran qonşu ölkələrlə tranzit və digər sahələr üzrə əməkdaşlıq barədə bir sıra razılaşmalar imzalayıb: “Bu sənədlərin çox böyük əhəmiyyəti var. Qonşu ölkələrlə imzalanan müqavilələr iqtisadi inkişafa kömək edə bilər”.
O əlavə edib ki, İran limanları qonşu ölkələrlə ticarət dövriyyəsində əhəmiyyət kəsb edən amildir.
Xatırladaq ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana tədarük edilməsi üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına dekabrın 22-dən başlanılacaq və gündəlik 5-6 milyon kubmetr qaz tədarük ediləcək.