Almaniyada Sosial Demokratlar, Azad Demokratlar və Yaşılların koalisiya hökumətinin tərkibi məlum olub.
TRT-nin məlumatına görə, yeni Kabinetdə 9 kişi, 8 qadın nazir çalışacaq.
Sosial Demokratların lideri Olaf Şoltsun başçılıq etdiyi hökumətin xarici işlər naziri Yaşıllar Partiyasının həmsədri Annalena Berbok, iqtisadiyyat və iqlimin mühafizəsi naziri isə partiyanın digər həmsədri Robert Habek olacaq.
Diqqətçəkən məqamlardan biri yeni hökumətdə daxili işlər nazirinin Nensi Freyzer olmasıdır. O, Almaniya tarixində ilk qadın DİN rəhbəri olacaq.
Yeni Kabinetdə Qida və Kənd Təsərrüfatı naziri vəzifəsini isə Yaşılların keçmiş həmsədri türk əsilli Cem Özdəmir icra edəcək.
Qeyd edək ki, hökumətin tərkibinin rəsmi olaraq dekabrın 8-də təsdiq olunacağı gözlənilir.