Gürcüstanda “Mühafizəkarlar hərəkatı” adlı yeni siyasi partiya yaradılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, partiya bu gün rəsmi olaraq dövlət qeydiyyatına alınıb.
Qeyd olunur ki, “Alt-İnfo” onlayn media resursunun təsis etdiyi ultramühafizəkar və millətçi “Mühafizəkarlar hərəkat”ının əsas məqsədi Gürcüstanda xristian demokratiyasını inkişaf etdirməkdir.
Gürcüstanın Rusiya ilə münasibətlərinin bərpasının tərəfdar olan partiya liderləri ABŞ və Avropa İttifaqına qarşıdırlar.
Partiyanın sədri vəzifəsi hələlik Zurab Maxaradzeyə, baş katib postu isə Giorgi Kardava həvalə olunub.