
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Rusiya ilə Ukrayna arasında son həftələr artan gərginliyi azaltmaq və dialoq kanalı yaratmaq üçün əlimizdən gələn dəstəyi verməyə hazırıq. Hər iki tərəfin razılığı ilə biz istənilən formatda vasitəçilik və ya dəstək təklif edə bilərik. Təbii ki, çəkinmədən bölgədə sülhün olması üçün üzərimizə düşəni edəcəyik”, - Ərdoğan vurğulayıb.