ABŞ Ukraynaya daha bir hərbi-sursat partiyası çatdırdı - 30 “JAVELİN” KOMPLEKSİ VƏ ONLAR ÜÇÜN 180 RAKET
Oktyabrda ABŞ hökuməti təsdiq edilmiş yardım paketinə uyğun olaraq Ukraynaya 30 tank əleyhinə “Javelin” raket kompleksləri və onlar üçün 180 raket tədarük edib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu  Pentaqonun sözçüsü, polkovnik-leytenant Anton Semelrot deyib.
 
"Sentyabrın 1-də elan edilən 60 milyon dollarlıq paketə 30 "Javelin" işəsalma qurğusu və 180 raket daxildir. "Javelin" oktyabrın 23-də Ukraynaya çatdırılıb. 2021-ci ildə Birləşmiş Ştatlar Ukraynaya 450 milyon ABŞ dollarından çox hərbi təyinatlı yardım göstərib ki, bu da bizim Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətini dəstəkləməyə davam edən öhdəliyimizin bir hissəsidir”, - o qeyd edib
 
Xatırladaq ki, 2014-cü ildən bəri Vaşinqton Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün 2,5 milyard ABŞ dolları, o cümlədən təkcə bu il 400 milyon ABŞ dollarından çox vəsait ayırıb. 2017 və 2018-ci illərdə Ukraynaya hərbi yardım çərçivəsində 350 milyon ABŞ dolları, 2019-cu ildə 250 milyon ABŞ dolları, 2020-ci ildə isə  300 milyon ABŞ dolları ayrılıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.