Rusiya Prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının ölümünə münasibət bildirib.
O bu barədə özünün Seçki Qərargahında NBC jurnalistinin sualını cavablandırarkən danışıb.
“Cənab Navalnıya gəlincə, bəli, dünyasını dəyişdi. Bu həmişə kədərli bir hadisədir. İnsanların dünyasını dəyişdiyi başqa hallarımız da olub. Bu bəyəm ABŞ-da baş verməyib? Navalnını Qərb ölkələrində olanlarla dəyişmək ideyası var idi. Razılaşdım, onu dəyişmək istədik ki, geri qayıtmasın, amma bu (ölüm) oldu, həyat belədir”, - Putin bildirib.
Qeyd edək ki, müxalifət lideri Aleksey Navalnının Almaniyada həbsdə olan rusiyalı agent Vadim Krasikovla dəyişdirilməsi ilə bağlı Moskva, Berlin və Vaşinqton arasında danışıqlar aparılmışdı. Hətta rusiyalı siyasətçinin gözlənilən mübadilədən xəbərdar olduğu və bununla razılaşdığı da bildirilirdi.