
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Prezident Volodimir Zelenskinin ofisində axtarış aparıb.
Senzor.az bildirir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko Teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, istintaq hərəkətləri Prezident Administrasiyasının binasında həyata keçirilir.
Deputat əlavə məlumat verməyib.
Qeyd edək ki, bundan əvvəl NABU və Xüsusi Anti-Korrupsiya Prokurorluğunun (SAP) Baş Prokurorluqda da axtarışlara başladığı məlum olmuşdu. Məlumata görə, hüquq-mühafizə orqanları Baş Prokurorluğun yüksəkçinli məmurlarından birinin rəhbərlik etdiyi cinayətkar qruplaşmanın ifşası üzrə xüsusi əməliyyat keçirir.