İsrail Baş nazirinin BƏƏ-yə ilk və tarixi səfəri –
NAFTALİ BENNETT ABU-DABİYƏ GƏLDİ
İsrailin Baş naziri Naftali Bennett Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tarixi səfər edib.
 
“Haber Global”ın məlumatına görə, Baş nazirin Əbu-Dabidəki Kral Hava Limanına enən təyyarəsini BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed qarşılayıb.
 
Səfəri zamanı Zayedlə danışan Bennett, “Səmimi qonaqpərvərliyinizi yüksək qiymətləndirirəm. Bu əla qarşılanmadır. İsrail liderinin ilk rəsmi səfərini buraya etdiyim üçün çox həyəcanlıyam. Mən iki ölkə arasında münasibətlərin möhkəmlənməsini səbirsizliklə gözləyirəm”, - deyə bildirib.
 
Səfər çərçivəsində Bennetin bu gün Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ilə görüşü gözlənilir. Görüş zamanı iki ölkənin münasibətləri arasında inkişafa və sabitliyin möhkəmlənməsinə töhfə verəcək iqtisadi məsələlər və əlaqələrin dərinləşməsi müzakirə olunacaq. “Report” xatırladır ki, İsrailin xarici işlər naziri Yair Lapid 2020-ci ilin iyununda BƏƏ-yə səfər edib və Əbu-Dabidə İsrail səfirliyini açıb. O, ötən ilin martında BƏƏ-də İsrailə səfir təyin edib. 
Ötən il sentyabrın 15-də ABŞ-ın keçmiş Prezidenti Donald Tramp administrasiyasının himayəsi altında Ağ Evdə keçirilən rəsmi mərasimlə İsrail və BƏƏ arasında münasibətlərin normallaşmasına dair saziş imzalanıb.
 
Bu, Təl-Əviv və Əbu-Dabi arasında diplomatik münasibətlərin bərpası qərarından sonra Baş nazirin BƏƏ-yə ilk səfəridir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.