“Dəhşətli faciə baş verib və artıq deyilib ki, son 20 ildə belə bir şey olmayıb”.
Senzor.az bildirir ki, bunu “Crocus City Hall”ın sahibi, iş adamı Araz Ağalarov konsert zalında baş verən terror aktı ilə bağlı rbk.ru-ya danışarkən deyib.
O qeyd edib ki, terrorçular zala qapıdan yox, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar və gördükləri hər şeyi atəşə tutublar: “Əllərində avtomat, gördükləri hər kəsə və hər şeyə atəş açmağa başlayıblar. Bir mühafizəçi həlak olub, digəri yaralanıb. Onlar heç mühafizəçi də deyillər. Biz onlara “nəzarətçi” deyirik”, - deyə Araz Ağalarov bildirib.
Xatırladaq ki, son rəsmi məlumatlara görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 133 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb. Dağıdılmış konsert zalında axtarış-əməliyyat davam edir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya Prezidenti Vladimir Putinə "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
Senzor.az