Rusiya Prezidenti Vladimir Putin və onun fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Belarus və Polşa sərhədindəki miqrasiya böhranı, Ukraynadakı vəziyyət, Qarabağ məsələsi və koronavirus pandemiyası müzakirə edilib.
Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da imzalanan Bəyanatın ildönümünə həsr olunmuş 2021-ci il noyabrın 26-da Soçidə keçirilmiş üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verib. O, regionda atəşkəs rejiminə əməl olunması, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsindən söz açıb.
Avropa İttifaqı strukturları rəhbərlərinin İlham Əliyev və Nikol Paşinyanla 2021-ci il dekabrın 15-nə planlaşdırılan görüşünün də faydalı olacağına ümid ifadə olunub.