“Ural Hava Yolları” Bakıya birbaşa müntəzəm uçuşlara başlayır -
3 ŞƏHƏRDƏN
Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Jukovski (Moskva vilayəti), Kaluqa və İrkutsk şəhərlərinin hava limanlarından Azərbaycanın paytaxtına müntəzəm birbaşa reyslərin yerinə yetirilməsinə başlayır.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda deyilir ki, Moskva-Jukovski-Bakı-Jukovski aviareysi dekabrın 18-dən cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Təyyarə Jukovskidən saat 13:00-da, Bakıdan isə 18:10–da qalxacaq. Uçuş vaxtı 3 saat 10 dəqiqədir. 
 
İrkutsk - Bakı-İrkutsk reysi dekabrın 26-dan bazar günləri yerinə yetiriləcək. İrkutskdan yola düşmə 6:00-da, Bakıdan yola düşmə isə 09:25-də həyata keçiriləcək. Uçuş vaxtı 5 saat 50 dəqiqədir. 
 
Kaluqa-Bakı-Kaluqa marşrutu üzrə uçuşlar gələn ilin yanvarın 1-dən başlayacaq və şənbə günləri olacaq. Kaluqadan yola düşmə 9:25-də, Bakıdan yola düşmə isə 14:30-da nəzərdə tutulub. Uçuş vaxtı 3 saat 5 dəqiqədir.
 
Biletlərin satışı “uralairlines.ru” saytında, “UralAirlines” mobil proqramında, aviabilet kassalarında və aviaşirkətin 8-800-7700-262 nömrəsi vasitəsilə həyata keçirilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.