ÜST “omicron” ştammına görə narahatdır - “FÖVQƏLADƏ SÜRƏTLƏ YAYILIR...”
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “omicron” ştamının fövqəladə sürətlə yayılmasından narahatdır.
 
Bunu təşkilatın COVID-19 infeksiyası üzrə xüsusi nümayəndəsi Devid Nabarro Sky News telekanalının efirində deyib. 
 
Onun sözlərinə görə, bu ştamma yoluxma hallarının sayı hər iki-üç gündən bir ikiqat artır. Mütəxəssisin proqnozuna görə, bəzi ölkələrdə koronavirusla bağlı vəziyyət iki həftədən də tez bir müddətdə sürətlə pisləşə bilər.
 
Koronavirusun yeni ştammı ilk dəfə noyabrın ortalarında Botsvanada və Cənubi Afrika Respublikasında aşkarlanıb. Ehtimallara görə, bu variant əvvəlcə immuniteti zəifləmiş insanda - çox güman ki, HİV xəstəsində inkişaf edib.
 
ÜST B.1.1.529 ştammını “narahatlıq doğuran” variant kimi səciyyələndirib və onu yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq “omicron” adlandırıb. Mütəxəssislərin fikrincə, hətta xəstələnmiş və peyvənd edilmiş şəxslərin də yoluxa biləcəyi ştammın simptomları arasında yorğunluq, baş və bədən ağrıları üstünlük təşkil edir.
 
Hazırda dünya ölkələrinin çoxunda ilk dəfə Hindistanda aşkarlanan B.1.617.2 “delta” ştammı dominantlıq etsə də, alimlər onun “omicron” ştammı ilə əvəzlənəcəyindən ehtiyatlanırlar. Son məlumatlara görə, dünyanın ən az 70 ölkəsində “omicron” ştammına yoluxma halları qeydə alınıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.