İsrail hava məkanını açdı
ƏHALİNİN SIĞINACAQLARI TƏRK ETMƏSİNƏ DƏ İCAZƏ VERİLİB

İsrail hakimiyyəti İrandan gələn hücum təhlükəsi ilə bağlı bağlanan hava məkanını açıb.

 

Senzor.az bildirir ki, bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb.

 

“Təhlükəsizlik xidmətlərinin göstərişinə əsasən, səhər saat 07:30-dan (Bakı vaxtilə 08:30) etibarən İsrail Dövlətinin hava məkanı açılıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib”, - məlumatda deyilir.

 

Bundan başqa,  İsrail Müdafiə Ordusunun komandanlığı İrandan raket və pilotsuz təyyarələrin kütləvi hücumundan sonra sakinlərə sığınacaqları tərk etməyə icazə verib.

 

"Times of Israel" qəzetinin yazdığına görə, hərbçilər qeyd ediblər ki, mülki vətəndaşların artıq mühafizə olunan yerlərdə olmasına ehtiyac duyulmur. 

 

Eyni zamanda, hər hansı kütləvi və maarifləndirici tədbirlərə məhdudiyyətlərin hələ də qüvvədə olduğu bildirilir.

 

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirmişdi ki, İran öz ərazisindən İsrailə doğru pilotsuz təyyarələr atıb. Ordu yüksək hazırlıq vəziyyətindədir və bütün hədəfləri izləyir. Daha sonra İsrail ordusu İrandan raket buraxılışlarını da qeydə aldığını bəyan etmişdi… 


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.