Türkiyədə 2022-ci il üçün minimum əməkhaqqı 50 faiz artırılaraq 4250 lirəyə çatdırılıb.
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
"2022-ci ildə minimum əmək haqqının ən aşağı rəqəmi 4250 lirə olacaq. Bu rəqəm işçinin evli olub-olmamasından və uşaqlarının sayından asılı olaraq dəyişəcək. Minimum əmək haqqı 50 faiz artıb", - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsini 1 bənd azaldıb. Pul Siyasəti Komitəsinin İdarə Heyəti faizi 15-dən 14-ə endirmək qərarına gəlib.
“Şura öz qərarlarını şəffaf, proqnozlara uyğun və məlumat yönümlü formada qəbul etməyə davam edəcək”, - deyə Mərkəzi Bankın açıqlamasında qeyd edilib.