
Senzor.az bildirir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin “Tvitter” səhifəsində məlumat yayılıb.
Bildirilib ki, sənədin lehinə 130 ölkə səs verib, 49 ölkə bitərəf qalıb, yalnız ABŞ və Ukrayna əleyhinə çıxıb. Azərbaycan və Ermənistan Rusiyanın qətnaməsini dəstəkləyib. Türkiyə, Gürcüstan, Moldova, Böyük Britaniya və Avropa İttifaqı ölkələri bitərəf qalanlar sırasında olublar.