
Senzor.az bildirir ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yaydığı açıqlamada belə deyilir.
Məlumatda həmçinin bildirilir ki, bununla əlaqədar aviaşirkətin Təl-Əviv-Bakı marşrutu üzrə reyslərinin qeydiyyatı və baqaj qəbulu müvəqqəti olaraq Ben Qurion adına Beynəlxalq Hava Limanının 1-ci Terminalında həyata keçiriləcək. Uçuşu bu elanda göstərilən tarixlər aralığına düşən sərnişinlərdən xahiş olunur ki, Təl-Əviv hava limanının birinci terminalında qeydiyyatdan keçsinlər.