“Tərtər işi” təzədən araşdırılacaq
YENİ İSTİNTAQ QRUPU YARADILDI
Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılıb. 
 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Tərtər işi”nin Baş Prokurorluqda yenidən istintaq olunmasına başlanılıb. 
 
Bu məqsədlə yaradılan istintaq qrupuna digər hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib. Baş vermiş hadisənin bütün detallarının ən incə xırdalıqlarına qədər araşdırılması, prosesdə iştirak edən bütün şəxslərin dindirilməsi və ortaya tam obyektiv nəticə qoyulması ilə bağlı tapşırıq verilib. 
 
Hərbi ekspert Üzeyir Cəfərov güman edir ki, istintaq qrupu birbaşa Prezidentin göstərişi ilə yaradılıb. Bu barədə o, Bakupost.az-a danışıb: “Bildiyim ondan ibarətdir ki, vaxtı ilə ordu sıralarında xidmət edən şəxslərdən bir neçəsi, hansılar ki, ölkə başçısı ilə görüşlərdə iştirak ediblər, onlar öz kanalları vasitəsilə ölkə rəhbərinə müraciət ediblər. Onlar zərərçəkmişlərdən bir neçəsidir. Həmin şəxslər müraciət ediblər və ölkə başçısı da bu məsələnin hərtərəfli və obyektiv araşdırılması göstərişini verib. Bildiyim məlumat bundan ibarətdir. Lakin mənim yanaşmam ondan ibarətdir ki, kimliyindən aslı olmayaraq, əgər kiminsə günahı, cinayəti varsa o, qanun qarşısında cavab verməlidir. Vaxtı ilə özüm də ordu sıralarında xidmət keçdiyim zaman vəzifəli şəxslərin belə haqsızlıqları ilə üzləşmişəm. Amma qanunlar çərçivəsində sona qədər, konstitusion hüququmdan istifadə edib, haqqın, ədalətin bərpa olunmasına nail olmuşam. Çünki bu məsələ ilə bağlı çoxlu müzakirələr var. Bu fikirlərin birdəfəlik, obyektiv şəkildə aradan qaldırılması üçün məsələyə hüquqi qiymət verilməsinin tərəfdarıyam. Kimliyindən asılı olmayaraq istər əsgər, istər zabit, istər general, istər mülki şəxs olsun, fərq etməz, o adam məsuliyyətə cəlb olunmalıdır ki digərləri doğru-düzgün nəticə çıxarsınlar. Onu da qeyd edim ki, yəqin hansısa ciddi faktlar, məqamlar var ki, yeni istintaq qrupu yaradılıb. Məsələyə aydınlıq gətirilməsi üçün uzun müddətdir ki, insanlar müraciət edirdilər. Əgər bu müraciətlərə müsbət yanaşılıbsa, mənə elə gəlir ki, araşdırmanın da nəticəsi cəmiyyətə açıqlanacaq”.
 
Xatırladaq ki, Tərtərdə hərbi hissədə baş vermiş hadisələrə görə 2017-ci ilin may ayında cinayət işi başlanıb. Sonradan “Tərtər işi” adlanan və bu günə qədər müzakirə edilən işlə bağlı Hərbi Prokuror Xanlar Vəliyevin verdiyi açıqlamaya görə, işgəncə faktına görə başlanan cinayət işi ilə bağlı 16 nəfər müxtəlif vəzifəli şəxs məsuliyyətə cəlb edilib. Cinayət işi başlayanadək bir nəfər şəxs işgəncələrdən vəfat edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.