Ermənistan da Türkiyə üzrə xüsusi nümayəndə təyin etdi - RUBEN RUBİNYAN
 Ermənistan parlamenti spikerinin müavini Ruben Rubinyan bu ölkənin Türkiyə ilə dialoq prosesi üzrə xüsusi nümayəndəsi təyin edilib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat yayıb.

Ruben Rubinyan 1990-cı il martın 8-də İrəvanda anadan olub.
 
2018-ci ilin may ayından 2019-cu ilin yanvar ayına kimi o, xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.
 
Ötən il Milli Məclisə seçkilərdə deputat mandatı qazanıb. 2021-ci il avqustun 3-də isə o, Ermənistan parlamentinin sədr müavini seçilib.


Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması üçün qarşılıqlı xüsusi nümayəndə təyin ediləcəyini bildirmişdi. Türkiyə artıq ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçı Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.