Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın daha 10 ermənini qaytarmasını alqışlayıb.
Senzor.az Twitter-də bununla bağlı yazıb və saxlanılanları Bakıdan İrəvana aparan təyyarənin salonundan foto paylaşıb.
"Avropa İttifaqı hər iki ölkənin liderləri ilə uğurlu görüşlər üçün Azərbaycan və Ermənistanla işləməyə davam edəcək", - deyə T. Klaar vurğulayıb.
Qeyd edək ki, təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər istiqamətində Ermənistan silahli qüvvələri tərəfindən törədilən təxribatın qarşısı alınarkən saxlanılmışdılar.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Happy to have been able to repatriate 10 ?? servicemen. Important gesture by ?? in the process of addressing humanitarian issues.
— Toivo Klaar (@ToivoKlaar) December 19, 2021
The ??will continue to work with both countries to build on the successful meetings of @eucopresident with @presidentaz and @NikolPashinyan. pic.twitter.com/cTwEexijLv