Çavuşoğludan "3+3" açıqlaması
“NÖVBƏTİ GÖRÜŞ ANKARADA KEÇİRİLƏCƏK”
"Qarabağ mövzusunda 3+3 platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək".
 
Senzor.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra mətbuata açıqlamasında deyib.
 
Nazir bildirib ki, növbəti görüşdə Gürcüstan tərəfi də iştirak edə bilər.
 
Çavuşoğlu, həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün keçirdiyi görüşdən danışıb: "Qardaş Azərbaycanla strateji münasibətlərin inkişafını müzakirə etdik. 3+3 əməkdaşlıq formatında Moskvada keçirilən ilk görüşün nəticələri barədə danışdıq".
 
Qeyd edək ki, dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında keçilən regional platformanın ilk toplantısı keçirilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.