KTMT baş katibi Ermənistana gedir -
YENİ LAYİHƏ İLƏ
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas dekabrın 22-24-də Ermənistanda səfərdə olacaq.
 
Senzor.az bildirir ki, məlumatı KTMT-nin saytı yayıb.
 
Onun ölkənin siyasi və hərbi rəhbərliyi ilə görüşəcəyi bildirilir.
 
Baş nazir Nikol Paşinyanla planlaşdırılan görüşü zamanı S.Zasın KTMT Şurasının sentyabr sessiyasının qərarlarının icrası və Ermənistanın sədrliyi dövründə qurumun fəaliyyətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üzrə fəaliyyət planı layihəsini təqdim edəcəyi gözlənilir.
 
KTMT baş katibinin xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla danışıqlar aparacağı da planlaşdırılır.
 
Qeyd edək ki, KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.