"Regional təhsil idarələrinin yaradılması yerlərdə təhsil idarəetmə orqanlarının ləğvi anlamına gəlməməlidir. Onlar regional idarələrə tabe olacaq".
Senzor.az bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, təhsilin idarə olunması müxtəlif qurumlar və təşkilatlar tərəfindən həyata keçirilirdi: "Regional idarələrin yaradılması bu müəssisələr arasında təhsil formatını bir araya gətirəcək. Bu gün təhsil sistemi mərkəzləşmiş şəkildə fəaliyyət göstərir. Müəllimin saat bölgüsü ilə bağlı narazılığı olanda Təhsil Nazirliyinə müraciət edir. Bu zaman keyfiyyətli təhsildən söhbət gedə bilməz. Bunu nazirlik yox, direktor, regional idarələr etməlidir. Regional idarələrin qurulması vətəndaşlara xidmət, yerli məsələlərin həlli müsbət təsir edəcək".
Nazir onu da vurğulayıb ki, yerlərdə təhsil qurumlarına direktor təyinatı artıq Təhsil Nazirliyi tərəfindən icra olunacaq: “Bu günə qədər ikili tabelik var idi, yeni sərəncamla bu məsələ həllini tapıb”.