İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfəri başlayıb.
Senzor.az bildirir ki, nazirin təyyarəsi bir az əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
İran XİN-in mətbuat katibi Səid Xətibzadə jurnalistlərə bildirib ki, səfər çərçivəsində iranlı nazir Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşərək danışıqlar aparacaq.
Qeyd edək ki, nazirin səfəri çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, həmçinin regional proseslər haqda fikir mübadiləsi aparılacaq.
Onu da qeyd edək ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçirilir.