Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının qeyri-formal sammiti dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək.
“RİA Novosti” bildirir ki, bu barədə Qazaxıstanın Rusiyadakı səfiri Yermek Koşerbayev məlumat verib.
“2021-ci il dekabrın 28-də Sankt-Peterburqda MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək”, - deyə səfir qeyd edib.
İlkin məlumata görə, qeyri-formal sammitə Rusiya Prezidenti Vladimir Putin sədrlik edəcək.
Məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. Onun sözlərinə görə, zirvə görüşünə hazırlıq gedir.
Qeyd edək ki, MDB 1991-ci ildə yaradılan Birliyə 9 ölkə - Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğız Respublikası, Moldova, Tacikistan və Özbəkistan daxildir.
Onu da qeyd edək ki, MDB dövlət başçılarının Yeni il ərəfəsində Sankt-Peterburqda qeyri-formal sammiti pandemiyaya qədər mütəmadi keçirilib.