Ərdoğan dollar vasitəsi ilə ölkədəki ictimai-siyasi proseslərə təsir etmək cəhdləri haqda – “İMKAN VERİLMƏYƏCƏK!”
Türkiyədə növbədənkənar seçkilər olmayacaq. Ölkəmizdə hüquqi dövlət mövcuddur. Müəyyən edilən tarix hansıdırsa, seçkilər həmin tarixdə də keçiriləcək.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Prezident, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında  çıxış edərkən deyib.
 
Çıxışında gündəlikdə duran məsələləri, eləcə də son günlər ölkənin valyuta bazarında baş verən prosesləri dəyərləndirən dövlət başçısı Türkiyənin milli valyutası olan lirənin dəyərinin bərpası və möhkəmlənməsi istiqamətində görülən hökumət tədbirləri, onun nəticələri barədə geniş məlumat verib.
 
Prezident Rəcəb Tayyib Ərdoğan təkrarən qətiyyətlə bildirib ki, bundan sonra da dolların məzənnəsi ilə ölkədəki ictimai-siyasi proseslərin məcrasına təsir edilməsinə imkan verilməyəcək.
 
Qeyd edək ki, ABŞ dollarının məzənnəsinin lirəyə nisbətən durmadan artmasının qarşısı Türkiyə hökumətinin qərarı ilə son iki gündə alınıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.