Ermənistan müxalifəti Paşinyanla Qarabağa dair qapalı görüşdən imtina etdi və...
ŞƏRT QOYDU
Ermənistan parlametinin "Hayastan" və "Şərəfim var" müxalifət fraksiyaları hakimiyyətin baş nazir Nikol Paşinyanla qapalı görüş keçirilməsinə dair təklifinə rədd cavabı verib. 
 
Senzor.az bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
 
Məlumata görə, həmin görüşdə Qarabağdakı vəziyyət müzakirə olunmalı idi.
 
Müxalifət fraksiyalarınin birgə bəyanatında bildirilir ki, Paşinyanla görüşün qapalı formatda keçirilməsini məqsədəuyğun hesab etmirlər. Onlar bu qənaətdədirlər ki, aradan keçən müddət Ermənistan hakimiyyətinin dəfələrlə xalqın arxasından şübhəli danışıqlar apardığını təsdiqləyib.
 
Məlumatda təklifin Ermənistan parlamentinin sədri Alen Simonyandan gəldiyi də vurğulanıb.
 
Müxalifət qüvvələri belə hesab edirlər ki, danışıqlar prosesi nə hərbi, nə də dövlət sirri deyil və erməni xalqı ilə bağlı məsələlərin müzakirə olunacağı görüş istənilən halda qapalı formatda keçirilməməlidir.
 
Müxalifət fraksiyaları bəyan ediblər ki, Paşinyanla yalnız açıq formatda, həm də bərabər şərtlər altında görüşə bilərlər, ancaq hakimiyyət buna razılıq verməz...





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.