Paşinyan Azərbaycanın Avrasiya İttifaqına qoşulması və...
ƏRDOĞANLA GÖRÜŞ EHTİMALI HAQDA
 "Əgər regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq".
 
Senzor.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan TASS-ın suallarını cavablandırarkən deyib.
 
"Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, təbii ki, buna qarşı olmayacağıq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı”, - Paşinyan bildirib.
 
Qeyd edək ki, dekabrın 10-da Avrasiya İqtisadi İttifaqının fəxri sədri, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev bildirib ki, Azərbaycan qurumda müşahidəçi statusu ala bilər.
 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Azərbaycan ilə Avrasiya İqtisadi İttifaqı arasında qarşılıqlı fəaliyyət ticarətin intensivləşməsinə və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verəcək.
 
Müsahibə zamanı N.Paşinyan Türkiyə Prezidenti ilə görüş ehtimalını da istisna etməyib. O bildirib ki, Ermənistan-Türkiyə dialoqu üzrə xüsusi nümayəndələr uğurlu danışıqlar apararsa, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşə hazırdır: “Ərdoğanla görüş barədə heç bir fikir yoxdur, lakin Ermənistanın xüsusi elçisi Ruben Rubinyanla türkiyəli həmkarı arasında danışıqlar prosesi uğurlu olarsa və proses o ana qədər yetişərsə, əlbəttə ki, yüksək səviyyəli görüşlər keçirilməlidir. Proses uğurlu olarsa, Ərdoğanla görüşüm baş tutacaq”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.