
Tədbirdə çıxış edən Ali Baş Komandan İlham Əliyev komando hərbi hissələrinin sayının artırılacağını və bu tipli yeni hərbi obyektlərin açılacağını qeyd edib.
Baku TV Komando briqadalarının digər hərbi birləşmələrdən nə ilə fərqləndiyini araşdırıb.

Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüş istifadəsinə hazırdırlar.
Bu briqadalar muxtar, təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldıqları halda belə vahid informasiya kommunikasiya məkanında qalıb döyüş əməliyyatlarını aparmağa qadirdirlər.