
Senzor.az bildirir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlətimizin başçısını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.


Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri dövlət və hökumət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək.
Senzor.az bildirir ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən ənənəvi görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Ermənistanın baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev, eləcə də bu ölkənin ilk Prezidenti, Elbası Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Sadir Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rahmon və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.