Türkiyənin Ərzurum-Artvin avtomagistralının üstündə yerləşən Pirinkayalar tunelinin açılışı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfransla tunelin açılışında iştirak edib.
Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu Türkiyə dövlət başçısına yeni tunelin imkanları barədə geniş məlumat verib.
Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında diqqətə çatdırıb ki, uzunluğu 2 min 272 metr olan tunel daxil olmaqla ətraf yol qovşaqları ilə birlikdə 3.4 kilometr yolu əhatə edən layihə Türkiyənin avtomagistralları arasında mühüm birləşdirici imkana malikdir. Bu tunel ölkənin şərq və cənub-şərq bölgələrində nəqliyyatın təhlükəsiz və sürətli hərəkətini təmin edəcək.
Dövlət başçısı diqqətə çatdırıb ki, Ərzurum və Artvin hava limanlarını bir-birinə bağlayan Pirinkayalar tuneli, eyni zamanda, hər iki şəhərdən Qafqaz bölgəsinə olan tranzit daşımaların artmasına əhəmiyyətli təkan verəcək.
** 11:41
Bu gün Türkiyəni Cənubi Qafqaz ölkələri ilə birləşdirən yeni avtomobil tunelinin açılışı olacaq.
"TRT Haber"in məlumatına görə, mərasimə Prezident Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatılacaq.
Tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək "Pirinkayalar" tunelinin uzunluğu 2 246 metrdir.
“Kəskin və dar döngələr keçmişdə qaldı. Ərzurum və Artvin arasında çoxlu ölümlə nəticələnən qəzalara səbəb olan “Pirinkayalar” keçidi artıq tunelə çevrildi", - məlumatda deyilir.
Qeyd edək ki, tunelin tikintisinə 2017-ci ildə başlanılıb. Tunel nəqliyyatın hərəkətini asanlaşdıracaq, Şərqi Anadolunu Ərzurum-Artvin marşrutu ilə Şərqi Qara dənizə, Türkiyəni Gürcüstan üzərindən Qafqazla birləşdirəcək.