
Bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, Brokdorf (Şlezviq-Holşteyn), Qrond (Aşağı Saksoniya) və Qundremmingendəki (Bavariya) atom elektrik stansiyaları gecə yarısına qədər fəaliyyətini dayandıracaq.
Bununla da, sabahdan etibarən ölkədə (Bavariya, Baden-Vürtemberq və Aşağı Saksoniya) üç atom elektrik stansiyası qalacaq.
Onların da bir ildən sonra fəaliyyətini dayandıracağı deyilir.
Mütəxəssislərin fikrincə, bərpa olunan mənbələrə keçid zamanı Almaniyanın dinc atom və kömürdən imtina etməsi fonunda təbii qazın rolu artacaq.
"Associated Press" xatırladır ki, nüvə enerjisindən tədricən imtina qərarı hələ 2002-ci ildə kansler Qerhard Şröder tərəfindən qəbul edilib.