“Krımın qaytarılması üçün ilk addımı atdıq" – ZELENSKİNİN YENİ İLDƏ ƏSAS MƏQSƏDİ
Ukrayna Prezidenti Vladimir Zelenski həmvətənlərinə Yeni il müraciətində əsas məqsədini açıqlayıb.
 

Teleqraf.com xəbər verir ki, o, əsas məqsədinin Donbasda müharibəyə son qoymaq olduğunu bildirib.
 
“Təəssüf ki, hələ ölkəmizin şərqindəki müharibəni bitirməmişik. Bu, mənim əsas məqsədimdir. Yeni il daha yaxşı olacaq”, - Zelenski deyib.
 
O, Donbas və Krımda yaşayan ukraynalıları öz evlərinə dönməyə, Rusiyanı isə düşmənçiliyə son qoymağa çağırıb.
 
Eyni zamanda Zelenski bildirib ki, Kiyev Ukrayna sərhədi yaxınlığında hərbçilərin yerləşdirilməsindən qorxmur: “Sərhədin o tayındakı istənilən ordu bizi qorxutmur, çünki sərhədin bu tərəfində bizi də güclü ordu qoruyur”.
 
O, həmçinin vurğulayıb ki, hazırda Ukrayna ordusu ölkə tarixində ən böyük büdcəyə malikdir və bu artım gələcəkdə də davam edəcək.
 
Müraciətində Zelenski Krım haqqında danışaraq, Kiyevin yarımada məsələsini dünya gündəminə qaytara bildiyini vurğulayıb. Ukrayna liderinin sözlərinə görə, bu, Krımın qaytarılması istiqamətində ilk addımdır. O xatırladıb ki, Krım Platforması sammitində 46 iştirakçı ölkə yarımadanın Ukraynanın yurisdiksiyasında olmasının lehinə çıxış edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.