ABŞ Prezidenti Cozef Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.
Onun sözlərinə görə, söhbət zamanı Cozef Bayden Ukrayna sərhədindəki vəziyyətin pisləşəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin həlledici cavab verəcəklərini bildirib.
ABŞ-ın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha qeyd edən Ağ Ev rəhbəri Donbasda gərginliyin azaldılması üçün atılan addımları dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, Ukrayna və ABŞ prezidentlərinin bundan əvvəlki telefon söhbəti dekabrın 9-da olmuşdu.