Qazaxıtanın Almatı şəhərində qazın qiymətinin iki dəfə artırılmasına qarşı keçirilən etiraz aksiyaları toqquşmalarla nəticələnib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, şəhərin mərkəzi meydanında etirazçılarla polis arasında toqquşmalar yaranıb, aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edilib. Bir neçə etirazçının saxlanıldığı bildirilir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qazın qiymətinin iki dəfə artması fonunda ölkənin müxtəlif şəhərlərində icazəsiz aksiyaların keçirilməsi ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı sakinləri tədbirli olmağa, daxili və xarici təxribatlara uymamağa çağırıb. "Mülki və hərbi idarələrə hücum çağırışları tamamilə qeyri-qanunidir. Bu, cinayətdir. Bizə münaqişə yox, qarşılıqlı etimad və dialoq lazımdır. Bütün qanuni xahiş və tələblərə diqqətlə baxılacaq, müvafiq qərarlar qəbul ediləcək. Sabah bu məsələlərlə bağlı işçi iclas keçiriləcək", - Prezident deyib.
Qazaxıstan Prezidenti həm də vəziyyətə baxmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Bundan sonra Qazaxıstan hökuməti Manqistau vilayətində maye qazın qiymətinin 1 litr üçün 50 təngə (0,11 dollar və ya 20 qəpik - red.) endirilməsi barədə qərara gəlib.
Bu barədə yanvarın 4-də Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hökumət komissiyası Aktau şəhərinin İntımak meydanına toplaşan fəallarla görüşüb və Aktau şəhərinin təşəbbüs qrupu ilə danışıqlar zamanı maye qazın qiymətinin aşağı salınması barədə qəbul edilmiş qərarı açıqlayıb.
Bununla bərabər yanvarın 5-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirəcəyi elan edilib.
Buna baxmayaraq etirazlar davam edir. Nümayişçilər ölkə hökuməti qarşısında digər sosial-iqtisadi xarakterli tələblər irəli sürüblər. Artıq ölkə Prezidenti də öz “Twitter” səhifəsindən etirazçılara müraciət edib.
O, həmin tələblərin sabah baş tutacaq hökumət iclasında nəzərdən keçiriləcəyini bildirib.
**17:56
Qazaxıstanda maye qazın qiymətinin artmasına görə yanvarın ilk günlərindən başlayan etiraz aksiyaları səngimir. Hökumət məsələnin araşdırılıb çıxış yolu tapılmasını vəd edir.
Modern.az xəbər verir ki, Aktau hava limanından şəhərə gedən yolu bağlayan etirazçılar rayon rəhbəri Nurlan Noqayevin xidməti avtomobilini saxlayıb və təcili yardım maşınlarından başqa heç bir avtomobilə keçid verməyəcəklərini bildiriblər. Sosial şəbəkələrdə nümayişçilərin rayon rəhbəri Nurlan Noqayevin olduğu avtomobili necə buraxmadığını əks etdirən video yayılıb,.
Yolda baş verən insidentlə əlaqədar rayon rəhbəri avtomobili tərk edərək etirazçılarla dialoqa girməli olub.
Manqistau vilayətinin mətbuat xidməti məlumatı təsdiqləyib.
Yanvarın 2-dən başlayaraq Qazaxıstanın Janaozen, Kurık, Akşükür, Aktau və digər yaşayış məntəqələrində kortəbii mitinqlər başlayıb. Buna səbəb maye qazın qiymətinin kəskin artması olub.
Yanvarın 1-dən yanacaqdoldurma məntəqələrində onun qiyməti 1 litr üçün 120 təngəyə qalxıb. İnsanlar qiymətləri 60 təngəyə endirməyi tələb edirlər.
Bölgə sakinlərinin narazılığına cavab olaraq Qazaxıstanın Energetika Nazirliyi izah edib ki, qazın qiymətini indi tələb və təklifə uyğun olaraq bazar özü formalaşdıracaq.
Yanvarın 2-dən 3-nə keçən gecə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Tvitter-də yazıb ki, hökumətə Janaozendəki vəziyyətə təcili baxmağı tapşırıb.
Qazaxıstanın baş naziri Əsgər Maminin sərəncamı ilə Manqistau vilayətində sosial-iqtisadi vəziyyətə baxılması üçün hökumət komissiyası yaradılıb. O, artıq Aktauya gəlib və işə başlayıb.