Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının sədri postundan kənarlaşdırıldı
TOKAYEV ONUN ÖMÜRLÜK SƏLAHİYYƏTİNİ ÖZ ÜZƏRİNƏ GÖTÜRDÜ
Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının (TŞ)  sədri vəzifəsindən kənarlaşdırılıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində deyib.
 
Tokayev bundan sonra Təhlükəsizlik Şurasına özünün rəhbərlik edəcəyini bildirib. Qeyd edib ki, dövlət başçısı və bu gündən etibarən həm də Təhlükəsizlik Şurasının sədri olaraq qanunları pozanlara qarşı maksimal şəkildə sərt olacaq.
 
“Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir. Əminəm ki, xalq məni dəstəkləyəcək. Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə aşacağıq. Gəlin bu məsələdən güclü çıxaq”, - o vurğulayıb.
 
Qeyd edək ki, buna qədər Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının ömürlük sədri idi.
 
Kasım-Jomart Tokayev həmçinin etirazlarla bağlı danışıb və bildirib ki, yaxın vaxtlarda Qazaxıstanın siyasi transformasiyası ilə bağlı təkliflər paketi ilə çıxış edəcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.