
"Sputnik Qazaxıstan"ın məlumatına görə, iclasda dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan ölkələrə müraciət edib. O, ölkədə baş verənləri xarici təcavüz kimi qiymətləndirib.
Yerli telekanallar vasitəsilə yayımlanan iclas zamanı Tokayev Almatıdakı iğtişaşların təşkilatçılarını “terrorçu dəstələr” adlandırıb.
“Hazırda Almatıda və digər şəhərlərdə terrorçular tüğyan edir. Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava desant bölməsi döyüşlər aparır. Şəhərin hava limanı, beş təyyarə ələ keçirilib”, - deyə o qeyd edib.
Prezident xalqın maraqlarının müdafiəsi üçün hər şeyi edəcəyini bildirib.