Qazaxıstanda iğtişaşlar nəticəsində həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 18 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qarşıdurmalar zamanı 748 nəfər yaralanıb.
Həmçinin, iğtişaşlarda fəal iştirak edən 2 298 nəfərin saxlanıldığı bildirilib.
Məlumatda o da vurğulanıb ki, Almatı şəhərində vəziyyət gərgin olaraq qalır.
Qazaxıstanın digər bölgələrində isə vəziyyət sabitləşib. Paytaxt Nur-Sultan, Çimkent, Akmola, Qızılorda, Pavlodar, Şimali Qazaxıstan və Türküstan vilayətlərində sakitlik hökm sürür.
Aktobe, Atırau, Qərbi Qazaxıstan, Mangistau vilayətlərində bir neçə magistral və dəmir yolu xətti bağlanıb.
Antiterror əməliyyatı davam edir.
Bundan əvvəl isə Qazaxıstan hərbçiləri səsgücləndiricilər vasitəsilə iğtişaşçıların Almatıdakı Respublika meydanını boşaltmaqlarını tələb edib və onlara atəş açacaqları barədə xəbərdarlıq edib. Daha sonra Prezidentin iqamətgahının ətrafı və Respublika meydanı tam təmizlənib.