Türkiyədə Qazaxıstanı hərtərəfli dəstəkləyəcəklərini bəyan etdilər və...
NÜMUNƏ KİMİ QARABAĞDAKI QƏLƏBƏNİ GÖSTƏRDİLƏR
 Türkiyə Qazaxıstanda sabitliyin, əmin-amanlığın və sülhün mümkün qədər tez əldə olunmasının tərəfdarıdır və bu ölkəyə həm öz adından, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində hərtərəfli dəstək vermək niyyətindədir. 
 
Senzor.az “Anadolu”ya istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar günü Antalyada Ədalət və İnkişaf Partiyasının nümayəndələri ilə "Sakit inqilablar dövrü" mövzusunda keçirilən görüşdə deyib.
 
“Türk dünyasının gələcəyi bizim qayğımızdır. Biz Qazaxıstandakı hadisələrdən çox narahatıq, baş verənləri diqqətlə izləyirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının hazırkı sədri kimi üzv dövlətlərin başçıları ilə, ilk növbədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə danışıqlar aparıb. Mən də, təşkilatda müşahidəçi ölkə olan Macarıstan da daxil olmaqla, üzv ölkələrin xarici işlər nazirləri ilə danışmışam”, - Çavuşoğlu bildirib.
 
Türkiyəli nazir qeyd edib ki, çərşənbə axşamı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı olacaq.
 
Xarici işlər naziri deyib ki, bəzi dairələr Türkiyəni Qazaxıstanda etirazların ilk günlərində Türk Dövlətləri Təşkilatının toplantısını təşkil etmədiyinə görə qınayırlar.
 
Çavuşoğlunun sözlərinə görə, Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Teyuberdi onunla telefon danışığı zamanı Türk Dövlətləri Təşkilatının üzvləri  qarşısında edəcəyi çıxışı hazırlamaq üçün vaxt istəyib: “Biz bunu anlayışla qarşıladıq. Qazaxıstanın təklifi ilə biz görüşü çərşənbə axşamı səhər keçirəcəyik”.
 
Bununla bağlı o qeyd edib ki, təşkilatın tamhüquqlu üzvü olan Qazaxıstanın iştirakı olmadan toplantı təşkil etmək və ya hər hansı qərar qəbul etmək düzgün olmazdı.
 
“Ümid edirik ki, Qazaxıstan mümkün qədər tez sabitliyə, sülhə və əmin-amanlığa nail olacaq. Biz Türkiyə və Türk Dövlətləri Təşkilatı bu istiqamətdə hərtərəfli dəstək verəcəyik. Digər iştirakçı ölkələrin, bütün türk dünyasının problemi bizim problemimizdir. Bütün dünya bunu Qarabağdakı qələbənin timsalında gördü”, - Çavuşoğlu vurğulayıb.

Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.