DTX saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq etdi
Aktual
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) saxta sosial şəbəkə hesabları ilə bağlı xəbərdarlıq edib.
Senzor.az bildirir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
"Son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyəti müşahidə edilməkdədir. Belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür.
Bununla yanaşı bildiririk ki, sosial şəbəkələrdə DTX-nın rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil. Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nın fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd olunan DTX-nın rəsmi internet resurslarından əldə olunmalıdır", - məlumatda qeyd edilib.